Suriya prezidenti Mavritaniyadan olan nümayəndə heyəti ilə görüşdə ölkəsində terrorizmin kökünü qurudana kimi savaşacağını bildirib.
Bəşşar Əsəd deyib: Dəməşq hazırkı böhrandan çıxmaq üçün bütün konstruktiv və sədaqətli həll yollarını müsbət qarşılayır. Amma, eyni zamanda terrorizmlə mübarizədə də qətiyyətlidir və bu, mümkün olan bir məqsəddir. Çünki, ordu və xalq arasında misilsiz həmrəyliyin şahidiyik. Baxmayaraq ki, ölkə ciddi təzyiqlər və ağrılarla yanaşıdır, ölkə ümid və vətən sevgisi ilə dolub-daşır.
Suriya prezidenti əlavə edib: Bu müharibədən qazanan yeganə tərəf sionist düşməndir.