Tehranın cümə namazı

Tehranın cümə namazı xitabətçisi deyib: İran İslam İnqilabından sonrakı illərdə Amerika dövləti daim İran xalqına qarşı cinayət törədibdir.

Tehranın cümə namazı xitabətçisi- Ayətullah Məhəmməd Əli Müvəhhidi-Kirmani abanın on üçü- noyabrın 4-də Dünya İmperializmi ilə Milli Mübarizə günü yürüşlərinin əzəmətlə keçirilməsi və “Amerikaya ölüm!” şüarının verilməsinə işarə edərək, İran xalqına tövsiyə edibdir ki, İran İslam Respublikası quruluşunun and içmiş düşmənləri qarşında qəflətə qapılmasın, zira düşmən qarşısında qəflətə qapılmaq ziyanlı təsirlərə malik olacaqdır.
Tehranın cümə namazı xitabətçisi Amerikanın uzun illər İran xalqına qarşı cinayətləri, həmçinin İran İslam Respublikasının banisi- İmam Xomeyni(r.ə)-in Amerika və hegemonçular qarşısındakı mübarizəsinə işarə edərək, söyləyib: Həzrəti İmam Xomeyni(r.ə.) Amerika ilə hegemonçuların bütün fitnələri qarşısında sayıq idi və qətiyyətli mövqelər tuturdu.
Tehranın cümə namazı xitabətçisi İngiltərənin sabiq xarici işlər naziri- Cek Strounun BBC telekanalı ilə müsahibədəki sözlərini də Amerika ilə İngiltərənin İran xalqı ilə düşmənçiliklərinə etiraf adlandırıb və belə əlavə edib: İranın edam olunmuş şahı üçün əsas qərarçıxaranlar İngiltərə ilə Amerika idilər və şahlıq rejimi onların qarşısında durmaq cürətinə malik olmayaraq, onların fərmanlarını mütiliklə yerinə yetirirdi.
Ayətullah Müvəhhidi-Kirmani həmçinin dünya şiələrinin üçüncü imamı- Həzrəti İmam Hüseyn(ə) və onun vəfalı köməkçilərinin matəm günləri münasibəti ilə başsağlığı verərək, deyib: Həzrəti İmam Hüseyn(ə) öz hərəkatı ilə müsəlmanlara bir çox dərslər verdi və onların biri, düşmənlərdən qorxmamaq olub.
Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Möminlər düşmən qarşısında dincliyə malik olmalıdırlar və onlarda belə bir əminlik olmalıdır ki, mütləq qalib gələcəklər.

Exit mobile version