Tehranın Cümə Namazı xitabətçisi: İran düşmənlərinin cəhdləri nəticəsizdir

Tehranın Cümə Namazı xitabətçisi İran İslam Respublikası düşmənlərinin İran xalqını İslami Quruluşdan məyus etmək üzrə cəhdlərini nəticəsiz adlandırıb.

Tehranın Cümə Namazı xitabətçisi Ayətullah Məhəmməd İmami Kaşani bu gün tehranlı namaz qılanlar toplusunda çıxışı zamanı İranın İslami Quruluşunun düşmənlərinin İran xalqında məyusluq yaratmaq və xalqla İslami Quruluş arasında fasilə yaratmaq məqsədilə, sanksiyaları və hədələri şişirtmək habelə İran İslam Respublikasının inkişafları və uğurlarını görməməzliyə vurmaq üzrə cəhdlərinin nəticəsiz olduğunu bildirib.

İran xalqının daha artıq əzmkarlıq və müxtəlif səhnələrdə iştirakla özlərinin İran İslam Respublikasını himayə etdiklərini elan etdiklərini bildirən Ayətullah Məhəmməd İmami Kaşani sonra deyib: “ Qərb bilməlidir ki, İran xalqı nəinki öz hüququndan vaz keçməyəcək, həmdə təzyiqlərdən mənşə alan problemlərə qalib gəlməklə, düşmənlərə möhkəm və məyusedici cavab verəcəkdir”.

Yeni hicri şəmsi ilinin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən “Siyasi və İqtisadi Qəhrəmanlıq” ili adlandırılmalarına işarə edən Tehranın Cümə Namazı xitabətçisi sonra deyib: “ İran xalqı və dövləti 2013-cü ilin iyun ayında keçiriləcək İranda prezident seçkilərində qəhrəmancasına iştirak etməklə, dünya xalqının gözü önündə bir daha özlərinin İran İslam Respublikası Quruluşuna olan vəfadarlıqlarını sübut edəcəklər.

↑
Mobil sürümden çık