AfrikaXƏBƏRLƏR

Misirin müxtəlif şəhərlərində Mursinin tərəfdarları aksiya keçirib

Mursinin tərəfdarları Misirin müxtəlif şəhərlərində etiraz aksiyaları keçiriblər.
Frans press-in verdiyi məlumata görə, Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursi və İxvanəl-müsliminin tərəfdarları ötən gecə etiraz aksiyalarını davam etdiriblər.
Qahirə, İsgəndəriyyə və Misirin digər şəhərlərində əhali komendant saatına etina etmədən hərbi dövlət çevrilişinə qarşı etiraz aksiyalarını davam etdiriblər.
İsgəndəriyyə şəhərinin 5 məhəlləsində dünən gecə keçirilən etiraz aksiyalarında iştirakçılar Məhəmməd Mursinin hakimiyyətə qaytarılmasını tələb ediblər.

Nümayişçilər çevriliş hökumətinin ölkəni idarə etməkdəki acizliyini qınayıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu