Qəzzə əhalisi İran telekanallarının peyk üzərindən yayımının dayandırılmasına etiraz olaraq, aksiya keçiriblər.
PressTV və İranın digər kanalları 2012-ci ilin yanvarından Avropa dövlətləri və peyk şirkətlərinin ciddi və hərtərəfli hücumuna məruz qalıb. Bu telekanalların yayımı İngiltərə, Fransa, Almaniya və İspaniyada dayandırılıb. Habelə, bu telekanalların peyk üzərindən yayım tezliyi ləğv edilib.
İntelsat peyk şirkəti son zamanlar ABŞ-ın İranın Teleradio Təşkilatının sədri İzzətulla Zərğamiyə qarşı sanksiyalarını əsas tutaraq, İran telekanallarının peyk üzərindən yayımını dayandırıb.

