İraq baş naziri Nuri əl-Malikinin başçılıq etdiyi qanuni hökumətin koalisiya üzvü bildirib: İraq siyasətçilərinin bir qrupu fitnəkar açıqlamalar verməklə, aksiyalar keçirməklə, İraqın bölünməsi planı və buna oxşar hərəkətlərlə ölkənin vəziyyətinin gərginləşdirməyə çalışır və dinc üsullarla problemlərin həllinə mane olmaq istəyirlər.
Ədnan əl-Sirac əl-Aləm telekanalı ilə müsahibədə İraqda ötən günkü terror aktlarına toxunaraq deyib: Qənaətimcə, bəzi təhlükəsizlik rəsmiləri terror aktları baş verməzdən öncə, bununla əlaqədar məlumatlı idilər. Lakin onun ifşa olunmasından çəkinirlər.
Əl-Sirac əlavə edib: Əl-Ənbar vilayətində terrorçulara aid bir çox gizli məkanların aşkarlanması və terrorçuların bu vilayətin qərbində Əkaşat məntəqəsində iraqlı hərbçilərə və suriyalı yaralı hərbçilərə hücum etmələri terrorçuların əl-Ənbar və digər vilayətlər, o cümlədən Diyalə və Babil vilayətlərində pusquda durduqlarını göstərir. Terrorçuların bu hücumları həyata keçirmələri üçün külli miqdarda silaha malik olduqları müşahidə olunur. Məlumatı Səhər telekanalı saytı verib.
Əl-Sirac bildirib: Terror aktları İraqın partiya və siyasi qurumları arasında problemlərin dinc yolla həll olunmasının qarşısının alınması üçün icra olunur.
Qanuni hökumətin koalisiya üzvü İraq terror aktlarının pərdə arxası amilləri barəsində deyib: Mövcud informasiyalar Suriyadakı “Əl-Nəsrə Cəbhəsi” terror qruplaşmasının onlarla üzvü İraqın Neynəva, Səlahəddin, əl-Ənbar kimi vilayətləri, hətta Kürdüstanda fəaliyyətlər apardığı və İraqda fəal terrorçularla əməkdaşlıq etdiyini və Suriya proseslərini İraq prosesləri ilə əlaqələndirməyə çalışdıqlarını göstərir.
Əl-Sirac əlavə edib: Digər bir məsələ də odur ki, “Əl-Nəsrə Cəbhəsi”nin Suriyada bir çox mövqelərdən geri çəkilməsi bu terror qruplaşmasının hamiləri, o cümlədən Qətəri məcbur edib ki, bu qruplaşma üçün İraqda gizli bir yer tapmağa çalışsın.
