DünyaXƏBƏRLƏR

Texas 500-cü məhbusun edam olunmasına hazırlaşır

Daha bir məhbus çərşənbə günü Amerikanın Texas ştatında öldürücü maddənin aşılanması ilə edam olunacaq və bu ştatda edam olunmuş məhbusları sayı 500 nəfərə çatacaq.

Frans-Press-in məlumatına görə, Amerikanın Texas ştatı edam qanununun bərpa olunduğu 1976-ci ildən bəri 500-cü məhbusu edam etmək üçün hazırlaşır.

Bu məlumata əsasən, qərar üzrə çərşənbə günü Hantsoyl məhbəsində saxlanılan 52 yaşlı Kimberli Mak Karti öldürücü maddənin aşılanması ilə edam olunacaq.

1976-cı ildə Amerika Ali Məhkəməsi edam hökmündən istifadə qadağasını ləğv etdi və o vaxtdan bəri bütün Amerika boyu 1336 nəfər edam olunub.

Yayılan statistikalara görə, Amerikada 3125 məhbus edam intizarında durur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu