İranXƏBƏRLƏR

İranın sənaye naziri: Qonşu ölkələri ilə geniş sənaye əlaqələri bərqərar etmək iş gündəmimizdədir

İranın sənaye, mədənlər və ticarət naziri Məhəmməd Rza Nemətzadə dünyanın müxtəlif ölkələrindən media mənsubları toplusunda təşkil etdiyi özünün birinci mətbuat konfransında özünün 100 günlük proqramına işarə edərək, deyib: Xalqın məişət vəziyyətinin yaxşılaşdırılması üçün 100 günlük bir proqram hazırlamışıq ki, ümid edirik bu zaman kəsiyində bu proqramı tam olaraq icra edək. Həmçinin 4 illik bir proqram da hazırlamışıq ki, onun bir üzünü də İranın İslam Şurası Məslisinə təqdim etmişik.

Səhər Beynəlxalq Televiziya Kanalının Azəri Redaksiyasının müxbirinə eksklusiv müsahibə verən Məhəmməd Rza Nemətzadə sonra deyib: Birinci addım olaraq, ölkədə istehsala yardım istiqamətində Sənaye Nazirliyinin istehsal qarşısında olan maneələrin aradan qaldırılması üzrə 50 təklifi İran prezidenti və Nazirlər Kabinetinə təqdim edildi ki, araşdırıldıqdan sonra təsdiq edildi və icra üçün əlaqədar orqanlara göndərildi.
İranın sənaye, mədənlər və ticarət naziri həmçinin qonşu ölkələrlə geniş sənaye əməkdaşlıqlarının həyata keçirilməsi haqda da konstruktiv proqrama malik olduqlarını bildirdi.
İranın sənaye sahəsində dünya ilə geniş əməkdaşlıqlarına işarə edən Məhəmməd Rza Nemətzadə sonra deyib: Biz dünya ilə küsülü deyilik və dünya ilə geniş əlaqələrimiz var. Bizə qarşı sanksiya tətbiq edən ölkələrin özləri mütləq zərərə məruz qalacaqlar. Bizim müxtəlif ölkələrlə xüsusilə qonşu ölkələrlə olduqca geniş sənaye əlaqələrini bərqərar etməyə tam hazırlığımız var.
İranın keyfiyyətli sənaye mallarını başqa ölkələr xüsusilə qonşu ölkələrə ixrac etmək üçün proqrama malik olduğunu bildirən İranın sənaye, mədənlər və ticarət naziri yaxın gələcəkdə İranda həmçinin regionda gözə çarpacaq iqtisadi artım və çiçəklənmənin şahidi olacağımızı bildirdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu