Dünya

The New York Times: C.D. Vensin siyasi karyerası böyük təhlükə ilə üz-üzədir

The New York Times: C.D. Vensin siyasi karyerası böyük təhlükə ilə üz-üzədir

The New York Times qəzeti ABŞ vitse-prezidenti C.D. Vensi ara seçkilərin ən böyük məğlubu adlandırıb və onun 2028-ci il prezident seçkilərində iştirak etmək üçün Donald Trampın siyasi irsindən uzaqlaşmalı olduğunu yazıb. Qəzetin məlumatına görə, Vens digər respublikaçılardan daha çox Trampa bağlıdır.

Qəzet qeyd edib ki, Vens İran məsələsində ictimaiyyət qarşısında müdafiə etdiyi müharibəyə gizli şəkildə qarşı çıxmasına görə seçicilərin ona etibar etməsinə nail olmalıdır. The New York Times bildirib ki, bu arqument yalnız Vens Trampdan daha qəti və nümayişkaranə şəkildə uzaqlaşacağı təqdirdə qəbul edilə bilər. Qəzet ABŞ-ın Sionist rejimlə münasibətlərinin dəyişdirilməsi barədə fikirləri isə “boş populist şüardan başqa bir şey deyil” kimi qiymətləndirib.