BMT-nin baş katibinin Suriya məsələləri üzrə özəl nümayəndəsi Suriya hökuməti nümayəndələri ilə müxalifət arasında baş tutan Cenevrə 2 müzakirələri haqda məlumat verərək açıqcasına bildirib ki, Cenevrə müzakirələrindən möcüzə gözlənilməməlidir.
İRNA-nın verdiyi məlumata əsasən, Əxzər İbrahimi ötən gün (bazar 27 yanvar) Cenevrə 2 müzakirələri haqda müxbirlərə açıqlama verərək atəşkəs rejiminin bərpa edilməsi üçün ikitərəfin razılıq əldə etməmələrini bildirib.
O ikitərəf təmsilçilərindən istəyib ki müzakirə predmetlərinin gizliliyinə hörmətlə yanaşaraq, müxbirlər ilə təhrikedici müsahibələrdən çəkinsinlər.
BMT-nin Suriya məsələsi üzrə özəl nümayəndəsi bildirib: Bu günkü (çərşənbə axşamı 28 yanvar) iclasda Cenevrə 1 anlaşmasının maddələrinin icra edilməsi haqda danışıqlar aparılacaqdır.
İbrahimi Suriya xalqının təəssüfləndirici durumuna toxunaraq bir daha toqquşan tərəflərdən istəyib ki, atəşkəs rejiminin bərqərar edilməsi üçün əlavə sələr həyata keçirsinlər.
O eyni halda qarşıdakı müzkirələrin nəticələrinə nikbin olduğunu bildirərək təkidlə bildirib ki, hazırkı müzakirələrdə möcüzənin baş verməsi gözlənilməməlidir zira ikitərəf arasında ixtilaflar və fikir ayrılığı olduqca fərqlidir.