Azərbaycan Respublikası Ordusu daha bir əsgərini itirib.
hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, 2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 32 nəfər itirib. İtkilərin 5-i döyüş, 27-sı qeyri-döyüş itkisidir.