İran İslam Şurası Məclisinin Milli Təhülkəsizlik və Xarici Siyasət Komissiyası üzvləri Amerikanın Suriyaya qarşı ehtimal olunan hücumunu axmaqcasına bir hərəkət və ABŞ-ın məğlubiyyətinə və təcrid olunmasına gətirib çıxaran bir hərəkət hesab ediblər.
İsalm Şurası Məclisi İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, İran İslam Şurası Məclisinin Milli Təhülkəsizlik və Xarici Siyasət Komissiyasını üzvü Məhəmməd Saleh Cokar ABŞ-ın Suriyaya qarşı ehtimal olunan hücumu barədə deyib: Amerika axmaqcasına bir addımda Suriyada avantürist hərəkətə ıl atarsa, heçvaxt və rahatlıqla özünü bu bataqlıqdan xilas edə bilməyəcək.
Cokar deyib: İslamı Oyanışın baş verməsindən sonra, Qərb özünə qarşı təhlükə hiss edərək, öz maraqları istiqamətində regionda vəziyyəti balanslaşdırmaq fikrinə düşdü lakin hətta Ərəbistan, Qətər və Türkiyə ilə əməkdaşlıq etməsi də bu sahədə nailiyyət əldə etməsinə gətirib çıxarmadı və son neçə ayda ağır məğlubiyyətlə qarşı-qarşıya oldu.
İran İslam Şurası Məclisinin Milli Təhülkəsizlik və Xarici Siyasət Komissiyasının digər üzvü Məhəmmədrza Mohseni Sani isə Suriyada müharibə alovlandırmanın ABŞ-ı artıq heysiyyətsiz edəcəyini bildirərək deyib: ABŞ başda olmaqla Qərb düşərgəsinin təcrid olmasıı nəticəsidə, bu ölkələr özlərini bir təhər bu vəziyyətdən qurtamaq fikrindədirlər.
İran parlamentinin üzvü deyib: ABŞ Regionda müharibə alovu yandırarsa, qətiyyən Əfqanıstan və İraqda olduğundan daha artıq məğlubiyyət təcrübə edəcək və Sionist İsrail rejiminin mənafeləri də ciddi hədələrlə üzləşəcək.
İran İslam Şurası Məclisinin Milli Təhülkəsizlik və Xarici Siyasət Komissiyasının digər üzvü Əhməd Bəxşayişi Ərdistani isə deyib: ABŞ Suriya ilə müharibəni başlayan tərəf olarsa, müharibəyə son verən tərəf Müqavimət mehvəri olacaqdır.
Iranlı deputat açıqlayıb: ABŞ prezidenti Suriya hökumətinin devrilməsinin reallaşmadığını gördükdə, regionda dəyişiklikləri Ərəbəistan və Qətərin maraqları istiqamətində balanslaşdırmağı qarşıya məqsəd qoyaraq, Suriya prezidenti Bəşşar Əsədi həmin ölkələrə imtiyaz vermək məcburiyyətində qoymaq istəyir.