
Təbrizin Traktorsazi futbol klubunun azarkeşləri bu komandanın Asiya Çempionlar Liqasının başlaması ərəfəsində Quran-Kərimi 1 gün 1 saatda yazıblar.
Təbrizin Traktorsazi futbol klubunun 605 azarkeşi Nəstəliq xətti ilə və qələmdən istifadə edərək Quranın bütün ayələrini 1 gün 1 saat ərzində yazıblar. Azarkeşlər bu gözəl addımla Asiya Çempionlar Liqasında öz komandalarına Allah-Taaladan uğurlar diləyiblər.
Traktorsazi komandasının azarkeşləri yazılan müqəddəs kitabın xatirinə Quranın 30 cüzünün niyyəti ilə onların ən azı 30 arzusunun reallaşmasını Allahdan diləyiblər.
Təbrizin Traktorsazi futbol komandası 26 fevral saat 16:30-da Təbriz şəhəri Yadigar İmam (rə) stadionunda Birləşmiş Ərəb Əmirliklərinin əl-Cəzirə komandasını qəbul edəcək.

