BəhreynXƏBƏRLƏR

Ali-Xəlifə rejimi daha bir gənci qətlə yetirib

Daha bir bəhreynli gənc Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən hədəfə alınaraq , öldürülüb.

Bəhreyn mediaları bildiriblər ki, bir neçə gün öncə Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri tərəfindən odlu silahla vurularaq yaralanan və daha sonra həbs edilən bəhreynli gənc Fazil Abbas Müslum bazar günü yaralarının ağırlığı üzündən həyatını itirib.

Bu bəhreynli gəncin həbs edilməsindən sonra Ali-Xəlifə rejimi onun barəsində ailəsini məlumatlandırmaqdan çəkinib və Fazil Abbas Müslumun ailəsi onun vəziyyətindən xəbərsiz qalıb.

Bəhreyn rejiminə bağlı təhlükəsizlik qüvvələri 18 gün öncə Fazil Abbas Müslumu paytaxt Manamanın qərbində , Mərx məntəqəsində yaraladıqdan sonra həbs etmişdilər.

Bəhreyn 2011-ci ilin fevralından hakim rejimə qarşı xalq etirazlarının şahididir və Ali-Xəlifə rejiminə bağlı muzdlu qüvvələr xalqın sivil etiraz aksiyasını amansızlıqla repressiya etməklə məşğuldur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu