İlyas İsmayılovun çıxışı spikerin xoşuna gəlmədi
Milli Məclisin 14 mart iclasında deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov hökumətin hesabatını tənqid edib.
Deputat deyib ki, hesabatda antiinhisar tədbirləri ilə bağlı bir məqam yoxdur: “Doğrudanmı bizim hökumət məmur-oliqarxlar qarşısında aciz qalıb? Əgər ölkəmiz gəlirinin 80 faizini neftdən götürürsə, bu zaman orta aylıq əməkhaqqı nəyin hesabına artır? Gizli iqtisadiyyat mövcuddur, sahibkarlığın inkişafı üçün mühit yetərli deyil, mülkiyyət hüququ məsələsində problemlər var”.
Spiker Oqtay Əsədov İlyas İsmayılova etiraz edib: “Bu boyda hesabatda bir müsbət şey tapmadınız danışmağa? Ancaq mənfi halları gördünüz”.
İlyas İsmayılovun yerdən spikerə cavab verməsi Oqtay Əsədovu əsəbiləşdirib: “Siz çıxış etdiniz, biz də qulaq asdıq. İndi zəhmət çəkin siz də qulaq asın, bir qədər dözümlü olun”.
