AsyaDünyaİranXƏBƏRLƏR

İranda neft sənayesinin milliləşməsinin ildönümü

Bu gün 29 isfənd 1392-ci günəş ili (20 mart 2014-cü il) İranın neft sənayesinin milliləşməsinin 63-cü illdönümüdür.

20 mart 1951-ci ildə İran və İngiltərə münasibətlərində gərgin siyasi dövrdən sonra ingilislərin İranın neft sənayesindən əlləri kəsildi.
Məhz bu gündə İran Məclisinin nümayəndələri çoxlu xarici və daxili məkrli planlara baxmayaraq, İranın neft sənayesinin milliləşməsi layihəsini təsdiqlədilər və icra edilməsi üçün İranın o vaxtkı baş naziri Məhəmməd Musəddiqə tapşırdılar. Bu arada Ayətullah Seyid Əbülqasim Kaşani İranın neft sənayesinin milliləşməsi hərəkatının qələbəsində önəmli rola malik idi.
Neft sənayesinin milliləşməsi layihəsinin 1-ci maddəsində qeyd olunur: İran xalqının səadəti naminə və beynəlxalq sülhün təmin olunması məqsədilə İranın neft sənayesi İranın bütün bölgələrində istisnasız şəkildə milliləşir. Yəni kəşf, çıxarma və istifadə İran hökumətinin səlahiyyətinə verilir.
İranın neft sənayesinin milliləşməsi İran xalqının müstəmləkəçiliyə qarşı mübarizə tarixində dönüş nöqtəsi olmaqla yanaşı Yaxın Şərqin siyasi proseslər tarixində parlaq səhifə də açdı.
Sonralar Camal Əbdülnasir Misirdə Süveyş kanalının milliləşməsində İranın neft sənayesinin milliləşməsindən örnək götürdü.
İranın neft sənayesinin milliləşməsinin beynəlxalq və regional təsirini nəzərə alaraq bu inqilabçı hərəkət İngiltərənin müstəmləkəçi başçılarını böyük şoka saldı. İranda neft sənayesinin milliləşməsi ilə İngiltərənin Yaxın Şərqdəki müstəmləkəçilik mövqeyi kəskin şəkildə təhlükəyə düşdü və Yaxın Şərqin İngiltərənin müstəmləkəsindən çıxması üçün dönüş nöqtəsi oldu.
İngilislər neft sənayesinin milliləşməsindən sonra müxtəlif hərəkətlərlə, o cümlədən sanksiya və neft sənayesinin milliləşməsinə problem yaratmaq üçün təzyiqlər göstərdilər. lakin onların bu hərəkətləri heç bir nəticə vermədi.
İngiltərə təxminən 3 il sonra ABŞ-ın birbaşa əməkdaşlığı ilə Musəddiq hökumətinə 1332-ci günəş ili 28 mordad çevrilişini həyata keçirdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu