Tunisdə Suriyaya döyüşçü ezam edən 5 mafiya dəstəsi məhv edilib

Tunisin daxili işlər naziri Lütfü Bin Cəddu Tunis Təsisçilər Məclisində minlərlə tunisli döyüşçünü Suriyaya ezam edən 5 mafiya dəstəsinin məhv olunduğunu bildirib.

Tunis daxili işlər naziri deyib: Bu mafiyaların məhv olunması ilə mindən çox tunislinin Suriyaya səfərinə mane olmuşuq.

Tunis hökuməti Suriyaya terrorçu ezam edən bu mafiya dəstələrinin kimliyi barəsində təfərrüatı ifşa etməyib. Lakin yerli medialar bildiriblər ki, Qətər hökuməti tunisli döyüşçüləri Suriyaya göndərir.

Tunisin əl-Şuruq qəzeti ötən 15 mart sayında bildirib ki, Suriyaya döyüşçü ezam edən mafiyalar bəzi hüquqi və xeyriyyə müəssisələridirlər. Onlar hər bir tunisli gənc üçün Qətər hökumətindən 3000 dollardan çox vəsait alırlar.

Suriyadakı tunisli “cihadçı”lardan biri Əbu Zeyd əl-Tunisi bu ölkənin özəl televiziyasına verdiyi müsahibədə deyib ki, təxminən 3 min tunisli Suriyada hökumət qüvvələri əleyhinə döyüşür.

↑
Mobil sürümden çık