Ali-Xəlifə rejiminin onlarla silahlı hərbçisi Bəhreyndə din alimlərinin islami şurasının sədri Ayətullah Şeyx İsa Qasımın evinə basqın edərək, onun əmlakına zərər və ziyan vurublar.
Ali-Xəlifə rejiminin onlarla silahlı hərbçisi bu gün səhər Manamanın qərbində yerləşən Əddiraz şəhərində Ayətullah Şeyx İsa Qasımın evinə hücum ediblər. Üzlərinə maska taxan bu hücumçular qadınlar və uşaqları qorxutduqdan sonra evdəki əşyalara da zərər və ziyan yetiriblər.
Silahlı hərbçilər Bəhreynin din alimləri İslam Şurasının sədrinin evinə hücum etdikdən sonra qadınları və uşaqları bir evə həbs edib, ev ləvazimatlarını dağıdıblar.
Ayətullah Şeyx İsa Qasim bu silahlı hərbçilərin hücumları zamanı evdə olmayıb. Bəhreynin Vifaq Cəmiyyəti Ali-Xəlifə rejimi başçılarının bu təhlükəli hərəkətdə tam şəkildə məsuliyyət daşıdıqlarını bildirərək, belə vurğulayıb: “Bu hərəkət maksimum hədinə çatan Ali-Xəlifə rejiminin avantürist hərəkətləri habelə dəlicə cinayətlərinin miqdarının göstəricisidir”.