Türkiyə energetika naziri Taner Yıldız bildirb ki, ölkəsi ilə İran qaz qiymətləri barədə razılaşma əldə etdikləri təqdirdə, Türkiyə İrandan təbii qaz idxalatını artıracaq.
Röytersin Ankaradan verdiyi məlumata əsasən, Türkiyə energetika naziri ötən gün (cümə axşamı 30 yanvar) Tehran səfərindən bir gün sonra deyib: Türkiyə, Neft İxrac Edən Ölkələr (OPEK)-ə üzv olan İran ilə qaz qiymətləri barədə anlaşma əldə edilməsi üçün fərqli mövqeyə malikdirlər lakin bu barədə anlaşma əldə edildiyi təqdirdə, Türkiyə İrandan qaz ixracatını ikiqat artıracaqdır.
İranın Türkiyəyə qaz ixracatı, Türkiyə baş naziri Rəcəb Təyib Ərdoğanın çərşənbə günü İrana etdiyi səfəri gündəminin bir hissəsini təşkil edib.
Türkiyə İranın o ölkəyə ixrac etdiyi qaz qiymətinin baha olduğu qənaətindədir lakin İran bildirib ki, İranın o ölkəyə ixrac etdiyi qaz qiymətinin beynəlxalq normalarla yanaşı olduğunu deyir.
Türkiy Neft boru kəməri dövlət şirkəti (BUTAŞ) 2012-ci ildə İranın Türkiyəyə ixrac etdiyi qaz qiyməti barədə Haaqa beynəlxalq məhkəməsinin hökm sürməsini istədiyi halda ölkənin müracitinə hələdə cavab verilməyb.
Türkiyə 52 milyar kubmertr təbii qaz ehtiyatlarını xaricdən təmin edir. Bu energi ehtiyatlarının dəyəri ildə 60 milyard dollara çatır. Bu isə Türkiyənin cari alış-verişlərinin kəsirliyinin artmasına gətirib çıxarır və Türkiyə iqtisadiyyatı üçün əsas zəf nöqtəsi sayılır.