AfrikaXƏBƏRLƏR

Braziliyadakı etirazlarda əllidən çox jurnalist döyülüb

Əllidən yuxarı jurnalist Braziliya dövlətinə qarşı son etiraz aksiyaları zamanı döyülüb, həbs edilib və hədələnibdir.

ABRACİ adlı Braziliya Jurnalistlər Birliyi təhlükəsizlik qüvvələri və camaatın son çaxnaşmalarda jurnalistlərlə kobud rəftarlarını tənqid edərək, bildirib: Sərhədsiz jurnalistlər, təşkilatlar və fəhlə qurumlarından əldə olunan məlumatlara görə, polis tərəfindən jurnalistlərə qarşı azı 53 döymə, həbs və hədələmə halı baş verib.
Bu məlumata görə, altı jurnalist xalqın dinc aksiyasını işıqlandırarkən həbs olunub. Digər tərəfdən, aksiyaçılar tərəfindən də onlara qarşı on iki döyülmə halı baş verib.
Braziliya iki həftə bundan qabaqdan konfederasiyalar kuboku yarışları ilə bir vaxtda xalqın dövlətin siyasətləri əleyhinə geniş etiraz aksiyaları səhnəsidir. Bu hadisələr indiyədək altı nəfərin ölməsi, onlarla nəfərin də yaralanması ilə nəticələnib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu