Türkiyənin müxtəlif şəhərləri o cümlədən İstanbul dünən axşam da hökumət əleyhinə etiraz aksiyalarının şahidi olub.
Artıq dördüncü gecədir ki, Türkiyədə hökumət əleyhinə etiraz aksiyaları davam edir və bu ölkə polisi aksiya iştirakçılarını dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazlardan istifadə edir.
Cari həftənin əvvəlində etiraz aksiyası zamanı 22 yaşlı bir gəncin həyatını itirməsindən qəzəblənən insanlar artıq neçə gündür ki, etiraz aksiyalarını davam etdirirlər.
Əhməd Ataxanın ölümü xalqın qəzəblənməsinə səbəb olub.
Bu gəncin ölümü Gəzi Parkı olayları zamanı baş qaldıran etiraz aksiyalarının yenidən canlanmasına və hökumət əleyhinə etirazların ölkəni bürüməsinə səbəb olub.