Türkiyədəki Suriyalı və İraqlı qaçqınların sayı açıqlandı

Türkiyədəki Suriyalı və İraqlı qaçqınlar sayının 1 milyon 600 min sərhədini keçdiyi bildirildi.

Türkiyə məclisinə bağlı komitənin biri etdiyi şərhdə İraq və Suriyadakı qarşıdurmalar ardından qaçaraq Türkiyəyə gələn sığınmacıların sayının bir milyon 620 min sərhədini aşdığını bildirdi.

Bu xəbərə görə yalnız Sentyabr və noyabr aylarında Suriyadan Türkiyəyə 190 min adam sığınmışdır. Bu kəslərin IŞİD terror təşkilatı gücləri ilə kürd döyüşçülər arasında şiddətli toqquşmaların yaşandığı Kobani şəhərindən qaçdıqları açıqlanmışdır.

Bunda əvvəl də BMT Təşkilatının Baş katibi İnsan Hüquqları İşləri köməkçisi Suriya böhranının başladığı gündən indiyə qədər 4 il ərzində 900 min qaçqının rəsmi qeydlərə keçirdiklərini, ancaq Türkiyədə qaçqın sayının bunun çox daha üstündə olduğunu və 1 milyon 600 min ətrafında təxmin edildiyini söyləmişdi.

↑
Mobil sürümden çık