35 min təhlükəsizlik qüvvəsi Aşura günündə İmam Hüseyn(ə) zəvvarlarını qoruyacaqlar.
General Osman Əl-Ğanemi bazar günü bir bəyanat yayaraq, belə bildirib: İraq ordusunun hava qüvvələri də təhlükəsizlik qüvvələrinə dəstək verəcəklər.
General Əl-Ğanemi zəvvarların qorunması və terror hərəkətlərinin qarşısını almaq üçün partlayıcı maddələri aşkarlayan cihazlardan istifadənin edilməsi, zəvvarlar arasında təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və gizli məlumatlardan istifadənin edilməsindən xəbər verib.
Belə bir halda İraqın təhlükəsizlik mənbələri bazar günü Kərbəlanın şərqidə Əl-Xənafəse məntəqəsinin parklarından birində əldə düzəldilən 160 bombanın aşkarlanması və zəbt edilməsindən xəbər verdi.