İran XİN-nin sözçüsü Ukraynanın şərq məntəqələrində baş verən toqquşmalardan narahat olduğunu bildirərək məsələnin həlli üçün dincyanaşı və silahdan istifadədən çəkinmənin vacib olduğu üzərində təkid edib.
Xanım Mərziyyə Əfxəm Ukrayna hadisələrini o ölkənin daxili məsələsi hesab edərək deyib: Heç şübhəsiz ki, qarşıdurmaların davam etməsi və kobudluqların ölkənin digər məntəqələrinə köçürülməsi, vəziyyətin gərginləşməsinə gətirib çıxararaq, prinsipial və davamlı bir çıxış yoluna nail olmanı mürəkkəbləşdirəcək. Bu isə Ukrayna xalqı və ölkənin milli mənafeyi ilə ziddiyyət daşıyır.
Əfxəm deyib: İran İsalm Respublikası Ukrayna başda olmaqla bütün regionda sülh və sabitliyin bərqərar edilməsinin tərəfdarıdır.
Ukraynada davam edən kobudluqlar ölkənin şərq hissəsində genişlənib və məntəqə sakinlərinin həlak olması və yaralanması ilə nəticələnibdir.