İran İslam Respublikası müdafiə naziri Əhməd Vəhidi “Cəmaran 2” esminesinin Xəzər dənizinə buraxılması mərasiminin kənarında İslam Respublikasının heç bir vəchlə Xəzərdə və öz hava zolağında qeyri-qanuni iştirakı qəbul etmədiyini bəyan edib və deyib: İran İslam Respublikası öz ərazisi və ətrafında əcnəbi qüvvələrin qeyri-qanuni iştirakına reaksiya verir və sərhədlərin qorunmasında ciddidir.
Əhməd Vəhidi regiondan kənar qüvvələrin Xəzər dənizində iştirakının qəbul edilməz olduğunu söyləyərək bildirib: İran İslam Respublikası Xəzər dənizində müştərək qüvvələrin təşkili üçün hazırdır və bu təkliflə razılaşır.
İran İslam Respublikasının müştərək proqramlarda, eləcə də terrorizm, narkotik maddələr, qaçaqçılıq və sairə ilə mübarizə sahəsində müdafiə gücünün artmasını təsiredici adlandıran Əhməd Vəhidi xatırladıb: İran İslam Respublikası qeyd olunan vəzifələri yerinə yetirmək üçün dəstək ola bilər.