İranın baş prokuroru təhlükəsizlik qüvvələrinin düşmənə hansısa təxribatçılıq hərəkəti törətmək imkanı verməyəcəklərini bildirib.
Qulahmüseyn Ejeyi İranın Təhlükəsizlik Nazirliyinin bu gün həmişə olduğundan daha güclü olduğunu deyərək, vurğulayıb: İranın kəşfiyyat və təhlükəsizlik qüvvələri düşmənə hansısa təxribatçılıq törətmək imkanı verməyəcəklər.
M.Ejeyi əlavə edib: İranın silahlı qüvvələri istənilən fitnə və təhdidi cavablandırmağa hazırdır və bu gün İranın Təhlükəsizlik Nazirliyi keçmişdəkindən daha güclüdür.
İranın baş prokuroru əlavə edib: İrana qarşı düşmənçiliklərin nəticəsi xalq və hökumət arasında daha artıq birlik və həmrəylik olub. İqtisadi və sosial problemlərə baxmayaraq, xalq arasında birlik keçmişdəkindən daha güclüdür.