DünyaXƏBƏRLƏR

Ukrayna polis qüvvələri aksiyaçıların mühasirəsində olan küçələrdən geri çəkiliblər

Ukraynada etirazçılar polis qüvvələrini geri çəkilməyə məcbur ediblər.

Ukrayna televiziyasının kadrlarına əsasən, bazar günündə 200 polis aksiyaçıların toplaşdığı və mühasirəsində olduğu prospektlərdən çəkiliblər.

Ukrayna Daxili İşlər Nazirliyi də bir bəyanatda təsdiqləyib ki, polis qüvvələri Kiyevdə əlavə toqquşmadan çəkinmək üçün müxaliflərin toplaşdığı məkanı tərk ediblər.

Bildirildiyinə görə, Ukrayna hökuməti müxalifətinin tanınmış simalarından Vitali Kliçko hökumət tərəfindən müxalifət liderlərinə əsaslı vəzifələrin verilməsi təklifini rədd edib.

Kliçko Ukrayna paytaxtı Kiyevdə öz tərəfdarları qarşısında bir daha bu ölkədə növbədənkənar seçkilərin keçirilməsini vurğulayıb.

Ukrayna prezidenti Viktor Yanukoviç şənbə günü bu ölkə baş naziri vəzifəsini Arseni Yatsniyuk və baş nazirin müavini vəzifəsini Vitali Kliçkoya təklif etmişdi.

Ukrayna hökuməti müxaliflərinin etiraz aksiyaları 2013-cü il noyabr ayının sonlarından bu ölkə prezidenti Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan imtina etməsi və Rusiya ilə iqtisadi və ticarət münasibətlərini genişləndirməyə çalışmasına etiraz olaraq başlanıb və hələ də davam edir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı