
33 iranlı məhbus Azərbaycandan İrana köçürüldü
Azərbaycan Respublikasında həbsdə olan 33 iranlı məhbus həbs müddətlərinin qalanını İranda çəkmələri üçün bu gün Astara sərhəd məntəqəsində İranın məhkəmə rəsmilərinə təhvil verilib.
Səhər kanalı internet portalının məlumatına görə, bu məhbuslar 1998-ci il 21 fevral anlaşmasına əsasən bu gün cümə günortadan sonra Astara sərhəd məntəqəsində İranın məhkəmə rəsmilərinə təhvil veriliblər.
Bu məhsulların təhvil verilməsi əməliyyatında İranın Bakıdakı konsulu cənab Mövlayi, Astara Prokurorluğunun nümayəndəsi cənab Cəhangərdi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhbusların Köçürülməsi İdarəsinin sədr müavini Rövşən Həsənov iştirak ediblər.
İranın Bakıdakı səfiri Möhsün Pakayin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin bu addımına öz təşəkkürünü bildirərək, ümidvarlıq edib ki, gələcəkdə daha artıq iranlı məhbusun İrana köçürülməsinin şahidi olaq.
İranın Bakıdakı konsulu da məhkumların mübadiləsi sənədinin icrasından razılıq edərək, deyib: Azərbaycan tərəfinin də İranda həbsdə olan azərbaycanlı məhbusların bu ölkəyə təhvil verilməsi üzrə istəyi İranın məhkəmə orqanları tərəfindən müsbət cavablandırılıb.
İranın Bakıdakı konsulu həmçinin, Azərbaycan Respublikasının narkotik maddələrlə bağlı ciddi qanunlara malik olduğuna və hətta, bəzi dərman preparatları və ağrıkəsicilərin daşınmasının belə cinayət hesab olunmasında işarə edərək, iranlılardan istəyib ki, Azərbaycana səfər edərkən, bu məsələyə diqqət göstərsinlər.