BMT baş katibi milyonlarla suriyalıya xarici yardımların göstərilməsi vəziyyətinin yaxşılaşmadığını bildirib və onu son vaxtlar təsdiqlənən Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması adlandırıb.
BMT baş katibi Ban Ki Mun çərşənbə günü Təhlükəsizlik Şurasına bir hesabat təqdim edərək bildirib: Suriyada təxminən 5 milyon 300 min mülki vətəndaş məhsul və əsaslı xidmətlərə, o cümlədən xilasedici dərmanları əldə edə bilmir və bu da beynəlxalq qanunların açıq-aşkar pozulmasıdır.
Bu hesabatda bildirilib ki, Suriya xalqına yardımların çatdırılması problemi hələ də davam edir.
BMT-nin humanitar yardımlar idarəsi, eləcə də onun didərginlər, qida və səhiyyə sahələrini özündə ehtiva edən dairələrinin məsul şəxsləri çərşənbə günü verdikləri müştərək bəyanatda bildiriblər: Vətəndaş müharibəsi Suriyanın bir çox bölgələrində kəskinləşmişdir və əsasən Hələb və Homs şəhərində mülki vətəndaşların vəziyyəti acınacaqlı hal almaqdadır.
Suriyada üsyançı qruplar və terrorçular suriyalı mülki vətəndaşlara humanitar yardımların çatdırılmasının qarşısını alırlar.