AsyaDünyaXƏBƏRLƏR

Tunisdəki daxili çəkişmələr hökuməti zəiflədir

Tunisdə hökumətin böyük ortağı Nida Tunis Partiyasında (NTP) bir müddətdir yaşanan daxili çəkişmələr ölkədə hökumətin varlığını təhlükəyə salır.
Tunis prezidenti El-Baci Kaid es-Sibsi’nin oğlu Hafiz Kaid es-Sibsi’nin Nida Tunis Partiyasında (NTP) təmsil etdiyi qrup ilə partiyanın baş katibi Muhsin Marzuk’un təmsil etdiyi qanad arasında partiyaya hakim olma hədəfiylə yaşanan çəkişmə ölkəni hökumət böhranına sürüyür.
Qurulduğu gündən (2012) bu yana ümumi konqresini etməmiş olan NTP’nde Baş katib Marzuk sol qanadı təmsil edərkən, Ümumi Başçı Köməkçisi Sibsi isə ölkədəki ənənəvi “Düsturcular” qanadını təmsil edir.
Ötən bazar günü Marzuk’a bağlı İcra Komitəsi Hammamat şəhərində təşkil etdiyi yığıncaqda çıxan arbede nəticəsində yığıncaq ləğv edilmiş və qarışıqlığın məsulu olaraq Qurucu Heyet’i əlində tutan Sibsi və qrupu günahlandırılmışdı.
Toplam 217 millət vəkili olan Tunis Parlamentində koalisiya hökuməti işlərini Nida Tunis Partiyasının 86, Nahda Partiyasının 69, Azad Birlik Partiyasının 16 və Afak Tunis Partiyasının 8 millət vəkili dəstəyi icra edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu