İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin bir ərəb kanalı ilə müsahibədə dediklərini məntiqdən uzaq və şüar xarakterli adlandırıb və deyib: Bu sözlərin regionda xas bir telekanalın müxatibləri üçün nəzərə alınaraq, söylənilməsinə baxmayaraq, yenə də beynəlxalq hüquq normaları və BMT-nin nizamnaməsi ilə təzaddadır.
İRİB-nin məlumatına görə, Mərziyə Əfxəm deyib: Bu gün regionun ərəb ölkələrinin İranın nüvə silahı qarşısında daha təhlükəsiz olmaları barədəki sözləri yanlış bir ön düşüncəyə əsaslanan qondarma bir iddiadır. İran heç vaxt nüvə silahı ardınca olmayıb və olmayacaq da. İran öz dostluq əlini regionun bütün ölkələrinə uzadır və bu ölkələrin bir çoxu ilə də yaxın münasibətlərə malikdir.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Yalnız terrorçular və zorakılıq tərəfdarı olan qruplar İranın ifratçılıq və kobudluq ilə mübarizədəki uğurlarından narahatdırlar və bu məsələdən qəzəblidirlər.