İran XİN-nin sözçüsü İraqda baş verən son terror aktlarını insana zidd hərəkət adlandırıb.
İran Tələləbələri İnformasiya Agentliyi (İSNA)-nın verdiyi məlumata əsasən, İranın XİN-nin sözçüsü xanım Mərziyyə Əfxəm İradqa baş verən son terror atktlarında qurban gedənlərin ailələrinə başsağlığı verərək deyib: İran İslam Respublikası İraqda baş verən bu cinayətləri ölkənin milli birliyinə xələl gətirmək istiqamətində və əsaslandırılmaz bir hərəkət kimi pisləyir.
İranın diplomatiya idarəsinin təmsilçisi İraq hökumətinin anti-terror planları və cəhdlərinin İran tərəfindən dəstəklənməsini bildirərək deyib: İraq xalqı, öz siyasi və dini rəhbərlərinin göstərişi ilə kobudluq və ifratçılığa əsaslanan hər bir hərəkəti nakam qoyaraq, sabitlik və təhlükəsizlik istiqamətində önəmli şəkildə addımlayırlar.
Ötən gün (çərşənbə 4 sentyabr) İraqın müxtəlif məntəqələrində baş verən terror aktlarında 60 nəfər həlak olub ən azı 250 nəfər də yaralanıb.
İraqlı mənbələr, ABŞ və bəzi ərəb ölkələrinin o cümlədən Ərəbistanın İraqdakı terroçuları silahlandırmaqda və təşkilatlandırmaqda günahlandırır.