Ukraynada iğtişaşlar davam edir

Ukraynalı aksiyaçıların ABŞ və Avropa ölkələri tərəfindən dəstəklənmələrinin ardınca, ölkə paytaxtı Kiyev şəhəri bir daha anti-hökumət aksiyalar mərkəzinə çevrildi.
Həmin məlumata əsasən, Munix Təhlükəsizlik konfransında ABŞ və Avropa ölkələrinin Ukrayna müxalifətini dəstəkləmələri müxalifət başçılarının anti-hökumət aksiyalarını davam etdirməkdə təşviq olunmalarına gətirib çıxardıb.
Həmin halda ötən gün Rusiyanın şimalında yerləşən Sent Peterburq şəhərində bir qrup əhali bir araya gələrək ABŞ-ın Ukraynanın daxili işlərinə müdaxiləsini pisəyiblər.
Ukrayna gərginlikləri son həftələr ərazində Rusiya ilə Qərb münasibətlərinə kölgə salmışdır.
Rusiya prezidenti Vladimir Putin Rusiya və Avropa İttifaqı başçılarının 32-ci sammitində bir daha Kiyev barədə Moskvanın mövqeyini açıqlayaıraq bildirib ki, xaricilərin müdaxilələri Ukraynanın daxili məsələlərinin həll edilməsinə heç bir yardım etməyəcək.
Bu sözlər əslində son həftələr Ukrayanda baş verən etirazların ardınca, Avropa ölkələri və ABŞ başda olmaqla qərb hökumətlərinin Ukrayna ilə bağlı müdaxilələrinə reaksiya hesab olunur .

Exit mobile version