SuriyaXƏBƏRLƏR

Qərzavi suriyalı şəhid əllamənin qətlinə fitva veribmiş

Qətər müftisi Yusif əl-Qərzavi Şam Alimləri Birliyinin sədri Əllamə Şeyx Məhəmməd əl-Butinin terror olunmasından bir neçə gün öncə ona qarşı hörmətsizlik edib.

Bu ilk dəfə deyildir ki, Şeyx Yusif əl-Qərzavi ərəb dünyası alimlərinə hörmətsizlik edir və onun hörmətsizlik etdiyi son şəxs isə Əllamə Şəhid Məhəmməd Səid Ramazan əl-Butidir. O Dəməşqin əl-İman məscidindəki partlayışda şəhid olmamışdan 4 gün öncə Qərzavinin kəskin hörmətsizliyinə məruz qalmışdı.

83 yaşlı dini alim Əllamə əl-Buti cümə axşamı gecə 21 martda həmişəki kimi dini elmləri tədris etdiyi zaman Dəməşqin şimalında Həyy əl-Məzrəə məntəqəsində əl-İman məscidinə kamikadze hücumu nəticəsində 49 nəfər, o cümlədən öz nəvəsi ilə birlikdə şəhid oldu.
Suriya Səhiyyə Nazirliyinin bildirdiyinə görə bu hadisədə 84 nəfər də yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu