İranın Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın Dövlət Departamenti sözçüsünün İrandakı seçkilər haqdakı müdaxiləçi sözlərinə reaksiya verib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü amerikan rəsmilərə İran İslam Respublikasının siyasi quruluşu, bu ölkədəki qanun-qaydalar və konstitusiyası haqdakı məlumat səviyyələrini yüksəltmələrini tövsiyə edib.
Seyid Abbas İraqçı Amerikanın Yaxın və Orta-Şərq siyasətlərinin daim məlumatsızlıqdan və analiz zəifliyindən əziyyət çəkdiyini bildirərək, deyib: zəif məlumat və yanlış informasiyalara əsasən İranda seçkilərin keçirilməsi haqda əsassız analizlər və fikir bildirmələr, nəinki İran xalqının daxili işlərinə qarışmaqdır, həm də ən ilkin beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edir. Bu hərəkət həmçinin İranın dərrakəli xalqının siyasi buluğuna və şuruna hörmətsizlikdir.