Fələstin İslami Müqavimət Təşkilatı- Həmas-ın məsul şəxslərindən biri İsrail rejiminin Qəzzə zolağına təcavüz üçün bir bəhanə kimi silah daşıyan bir gəminin dayandırılması iddiasından xəbər verib.
Bu gün Səlah Əl-Bərdəvilə istinadla xəbər verib ki, sionist rejim mətbuatının Qəzzə zolağına hərəkət istiqamətində silah daşıyan bir gəminin dayandırılmasına dair iddiasını bu zolağa təcavüz üçün bir bəhanə və Fələstin Müqavimətinin imicini pozmaq üzrə bir yalan adlandırıb.
O, əlavə edib: İşğalçı sionist rejim Qəzzə zolağına təcavüz üçün puç bəhanələr düzəldir və hazırda da bu iddia ilə Qəzzəyə təcavüz üçün zəmin yaratmaq istəyir, lakin Müqavimət hər bir təcavüzə cavab verməyə hazırdır.