Ukraynada siyasi böhran, 5 can aldı

Ukraynada hökumət qüvvələri ilə müxaliflər arasında çıxan toqquşmalarda ölənlərin sayı 5 nəfərə çatdı.

Ukraynanın paytaxtı Kiyevdə hökumət ilə müxalif olanlar qar yağmasına və havanın şaxtalı olmasına rəğmən hökumət əleyhinə etiraz aksiyasını davam etdirirlər. Aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında davamlı olaraq toqquşmalar baş verir.
Ukraynada hökumət əleyhinə etiraz aksiyaları və müxaliflərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar elə bir şəraitdə davam edir ki, ölkə prezidenti Viktor Yanıkoviç çərşənbə günü müzakirələrin birinci mərhələsi adı altında müxalifət liderləri ilə görüşüb, danışıqlar aparıb.
Bu görüşün ardınca müxalifətdə olan Udar Partiyasının lideri Vİtali Kliçko Kiyevdə aksiya iştirakçıları qarşısına çıxaraq, onun və bir neçə müxalifət liderinin iştirakı ilə baş tutan görüşdə prezidentdən baş nazir Mikola Azarovun hökumətinin buraxılmasını tələb etdiklərini bildirib.
V.Kliçko əlavə edib: Prezident bizim vaxtından əvvəl seçkilərin keçirilməsi və hökumətin dəyişdirilməsi ilə bağlı sualımızı cavabsız qoydu.
Odar Partiyasının sədri çıxışının davamında Yanıkoviçə xəbərdarlıq edib ki, vaxtından əvvəl seçkilərin keçirilməsi və hökumətin dəyişilməsi məsələsi ilə razılaşmasa, xalq bu işi özü görəcək.
Müxalifət liderləri Ukrayna xalqından istəyiblər ki, paytaxt Kiyevdə etiraz aksiyalarının keçirildiyi İstiqlal meydanını tərk etməsinlər və eyni zamanda polisin hücumuna da hazır olsunlar.
Minlərlə narazı insan Kiyevdə küçələrə axışaraq, avtomobil təkərlərini yandırmaq və barrikadalar düzəltməklə polisin qarşısını kəsməyə çalışırlar.
Ukrayna xalqı prezident Viktor Yanıkoviçin 2013-cü ilin noyabrında Avropa Birliyi ilə ticarət əməkdaşlığı müqaviləsini imzalamaqdan çəkinməsinin ardınca hökumət əleyhinə etirazlara başlayıb.

Exit mobile version