Ukraynada baş verən son qarşıdurmalar zamanı 17 nəfər həlak olub .
Frans Press Ukraynaya hakimiyyətinə istinadən bildirib : Bu ölkənin yüksək vəzifəli rəsmiləri bu gün cümə axşamı ( 20 fevral ) Ukrayna dövlətinin əsas binasını boşaldıblar. Boşaldılan bu bina Kiyev şəhərinin mərkəzində qarşıdurmalar baş verən məkanın yaxınlığında yerləşir.
Daxil olan məlumata əsasən, bu gün səhər çağı dövlət kabinetinin binasında işləyən işçilərin hamısı , sözü gedən binanı tərk ediblər.
Ukrayna rəsmiləri tərəfindən elan edilən atəşkəsə rəğmən dövlət əleyhdarlarından yüzlərlə nəfəri Kiyevin İstiqlal meydanında xüsusi təyinatlı qüvvələri hücuma məruz ediblər və beləliklə yenidən bu meydana nəzarəti ələ keçiriblər.
Ukraynanın Daxili İşlər Nazirliyi də bir bəyanatda qeyd edib : Bu gün səhər çağı ( 20 fevral ) Kiyevdə aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında başlanan qarşıdurmalar nəticəsində bu saata qədər 23 polis və aksiyaçılardan bir qrupu yaralanıb.