Ukraynalı müxaliflər həbs olunmuş etirazçıların azad olunmalarını vurğulayıblar

Ukrayna dövləti ilə müxalif olan bir qrup bildirib ki, bu ölkə daxilində üç ay etirazlar zamanı həbs edilmiş bütün etirazçılar ümumi əfv qanunu ilə azad olunublar.
Assoşieyted-Press-in məlumatına görə, Ukrayna dövləti ilə müxalif olan qrupların ən iri koalisiyası bir bəyanatda bildirib ki, zindanda olan daha 234 etirazçı azad edilib və daha Ukrayna həbsxanalarında heç bir etirazçı mövcud deyil.
Bu məlumata əsasən, ukraynalı etirazçıların azad olunmaları ötən ay parlament tərəfindən təsdiq edilmiş ümumi əfv qanunun bir hissəsidir.
Hələ məlum deyildir ki, görəsən, ukraynalı etirazçılar da dövlətin bu addımının cavabında bundan qabaq ələ keçirdikləri dövlət binalarını boşaltmağa hazırdırlar, yoxsa yox.
Yanukoviçin müxaliflərə bəzi siyasi imtiyazlar verdiyi və baş nazirin istefası ilə razılaşdığı bir halda, müxaliflər daha artıq siyasi imtiyazlar, o sıradan əsas qanunun yenidən nəzərdən keçirilməsi və islah olunmasını istəyirlər.
Müxaliflər həmçinin Yanukoviçin təcili surətdə istefa verməsi və gələn ilin yerinə, cari ildə prezident seçkilərinin keçirilməsini istəyirlər.
Yanukoviç indiyədək bu ölkədəki son etirazlarda həbs olunanların şərtli əfvi qanunu imzalayıb və daxili etirazların məhdudlaşdırılması ilə bağlı qalmaqallı qanunu ləğv edibdir.
Həbs olunanların əfvi etirazçıların dövlət binalarından çıxmaları ilə şərtləndirilib və etirazçılar bu önşərtlə müxalifət ediblər.

↑
Mobil sürümden çık