Doktor Həsən Ruhani iqtisadi məsələlər və güzəştlərin ödənişi barədə deyib: İqtisadi məsələlərin həll yolu, xalqın əmanətləri və artıq pulların istehsala doğru istiqamətləndirilməsidir. Xalqın əmanətlərinin miqdarı əlhəmdulillah, çoxdur. Biz bu əmanətləri istehsal üçün lazımi sərmayə hazırlayan orqanlara doğru istiqamətləndirməliyik. Yəni istehsal üzrə təşviqlər ilk addım kimi atılmalıdır.
Seçilmiş prezident əlavə edib: Turizm sənayesi məsələsi də iş yeri yarada biləcək məsələlərdəndir.
Ruhani xalqın mənzillə təmin olunması barədə də deyib: Mehr mənzil proqramının xidmətləri bu layihənin eyiblərinin aradan qaldırılması ilə izlənəcək və nağd güzəştlərin xalqa ödənişi də davam edəcək.
Seçilmiş prezident 5+1 qrupu ilə müzakirələrin davam etməsi üçün uran saflaşdırılmasının dayandırılması imkanı haqda da deyib: O dövr arxada qalıb. İndi biz xas bir şəraitdəyik. Biz bir çox etimadyaratma yollarına malikik. Biz 2005-ci ildə cənab Şirakla müzakirələrdə beynəlxalq etimadın hamını necə cəlb etməsi və İranda saflaşdırmanın davam etdirilməsi haqda yekun razılığa gəlmişdik. Bu razılaşma ilə almanlar da razı idilər. Təəssüflə, ingilislər amerikanların təzyiqləri ilə müxalifət etdilər və iş yarımçıq qaldı.
