AvropaDünyaXƏBƏRLƏR

Yeni il İngiltərə və ABŞ-da ölümlə başlayır

Yeni milad ili ərəfəsində sel və şaxta ingilisləri başağrısına salıb.

Bir neçə gündür İngiltərənin bir çox bölgəsini öz caynağına alan güclü qasırğa çoxlu xəsarət vurması və minlərlə sərnişinin çarəsiz qalmasından əlavə, indiyə qədər 5 nəfərin ölümünə səbəb olub.

ABŞ-da isə son bir neçə gündə qeyri-normal hava şəraiti yeni il ərəfəsində yüzlərlə uçuşun ləğv olunmasına və ən azı 7 nəfərin ölməsinə səbəb olub.

Hava şəraitinin qeyri-normal olması bir çox yolların bağlanması, yeni milad ili ərəfəsində səfərlərin baş tutmasını çətinləşdirib.

ABŞ-ın Federal Hidrometeorologiya İdarəsi də Filadelfiya və Nyu-York hava limanlarında qeyri-normal hava şəraitinə görə uçuşlarda təxirin yarandığını bildirmişdir. Son günlərdə yüzlərlə uçuş ləğv olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu