Ukraynanın Sloviyansk şəhərinin ətrafında şiddətli toqquşmalar davam edir

Ukraynanın milli qvardiyasının qüvvələri və bu ölkə dövləti ilə müxalif olan qruplar arasında Sloviyansk şəhərinin ətrafındakı kəskin toqquşmalar davam edir.

İRNA-nın verdiyi məlumata görə rus medialar, o cümlədən İtartass Xəbər Agentliyi və Lentakom xəbər portalının verdiyi məlumata görə Ukraynanın milli qvardiyasının qüvvələri artilleriya və ağır silahlarla Rusiya tərəfdarı olan yaraqlıların mövqelərinə qarşı atəş açıblar.

Sloviyansk şəhərinin ətrafında, o cümlədən Andrifka və Simionfka və strateji Karagun yüksəkliklərində də kəskin toqquşmalar davam edir.

Yaraqlıların bir rəsmisi İtartass-a deyib ki, Ukraynanın dövlət qüvvələri cümə axşamı günü müxaliflərin mövqelərini atəşə tutublar və bu hücumlar hələ də davam edir.

Belə bir halda xəbər mənbələri Ukraynanın yeni qrup qüvvələrinin bu məntəqəyə daxil olmalarından xəbər verib. Yaraqlılar Facebook ictimai şəbəkəsində bu gün cümə günü Ukrayna ordusunun zirehli qruplarının Xarkovdan Donetskə doğru hərəkət etmələrindən xəbər veriblər.

↑
Exit mobile version