AsyaDünyaXƏBƏRLƏR

Əfqanıstanda bəzi səsvermə mərkəzlərinə hücum

Əfqanıstanın Loqər vilayətində səs vermədə iştirak edən 3 əfqanıstanlı yaralanıb.

Sin Xovanın verdiyi məlumata görə bu üç əfqanıstanlı bu gün şənbə (5 aprel) səhər Əfqanıstanın Loqər vilayətində bir səs vermə mərkəzində baş vermiş partlayış nəticəsində yaralanıblar. Həmçinin taliblər tərəfindən Qəzney vilayətinin mərkəzinə 3 ədəd raket atəş edilərək tələfata səbəb olub.
Həmçinin İranın teleradio təşkilatının Puştun dilli radiosunun verdiyi məlumata görə bu gün səhər Faryab vilayətinin Şirin Təkab şəhərində bir səs vermə mərkəzinə hücum etmək istəyən intihar amili hər cür hücum həyata keçirməzdən öncə Əfqanıstanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Taliban bundan öncə seçkilərdə iştirak edən şəxslərə hücum edəcəyini bildirmişdir.
Əfqanıstanda prezident və Vilayətlər Şuraları seçkilərinə bu gün səhər saat 7-dən 6428 seçki mərkəzində start verilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu