DünyaXƏBƏRLƏR

Cefri Fildman Ərəbistanın regional siyasətlərini qınadı

BMT-nin nümayəndəsi Cefri Fildman ilə görüşdə iştirak edənlərə istinadla yazır: Fildman bu görüşdə Ərəbistanın regional siyasətlərini xüsusilə də İraq və Livan qarşısındakı yanlış rəftarlarını tənqid edib və Ər-Riyadın İran-ABŞ münasibətlərinin yaxşılaşması ehtimalından qəzəbli olduğunu bildirib.

İRNA-nın məlumatına görə, bu qəzet BMT-nin siyasi məsələlər üzrə nümayəndəsi Cefri Fildmanın Nyu-Yorkda bəzi ərəb ölkələri nümayəndələri və rəsmiləri ilə görüşdə etdiyi çıxışına işarə edərək, yazır: Fildman bu görüşdə Ərəbistanın xüsusilə Livanla bağlı siyasətlərini və bu ölkədə hökumətin formalaşmasına mane olmasını qınayıb və Ərəbistan rəsmilərini xoşagəlməz adlarla yad edərək, Ər-Riyadın Livanda ümumiyyətlə hökumətin formalaşmasını istəmədiklərini deyib.
Fidlman çıxışının davamında indiyə kimi Ərəbistan rəsmiləri kimi məntiqsiz insanlarla üzləşmədiyini və Ərəbistan rejiminin necə idarə olunduğunu başa düşmədiyini deyib.
BMT-nin siyasi məsələlər üzrə nümayəndəsi daha sonra Ərəbistan rəsmilərinin, İraq məsələsi ilə bağlı ABŞ ilə ixtilafların yaranmasının ardınca artıq onlarla görüşmək istəmədiklərini deyərək, onların ümumiyyətlə İraqda sabitliyin bərqərar edilməsini istəmədiklərini və hətta, İran ilə ABŞ münasibətlərinin düzəlməsindən söz düşəndə son dərəcə qəzəbləndiklərini xatırladaraq, deyib: Onların qəzəbi o həddə idi ki, hətta Ərəbistanın xarici işlər naziri Səud əl-Feysəl BMT Baş Assambleyasında çıxış etməkdən çəkinməklə yanaşı, çıxışının yazılı mətninin iştirakçılar arasında paylanmasına da icazə vermədi.
Fildman Livana münasibətdə də Ərəbistanın oxşar siyasət yürütdüyünü və hətta, bu ölkənin və onun prezidenti Mişel Süleymanın adını belə duymaq istəmədiklərini bildirib.
Ərəbistan əslində Livanda hökumətin təşkil edilməsini istəmir və bu ölkədə bütün işlərin tətil edilməsini istəyir. Bütün bu rəftarlar isə Ər-Riyadın yanlış siyasətlərindən qaynaqlanır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu