DünyaXƏBƏRLƏR

UNISEF: Suriya böhranına görə, bir milyon suriyalı uşaq didərgin düşüb

BMT-nin Uşaqları Himayə Fondu- UNISEF bildirir ki, Suriyadakı çaxnaşmalar nəticəsində bu ölkədən qaçmış uşaqların sayı bir milyon nəfərə çatıb.

UNISEF-in icra müdiri- Antoni Lik cümə günü bildirib: Bu bir milyon didərgin uşaq yalnız bir ədəd deyil. Bunlar öz evləri və hətta bəzi hallarda öz ailələrindən ayrılmış real uşaqlardırlar və əgər biz bunu dərk edə bilsək, dəhşətli bir məsələ ilə üzləşərik.
Uşaqlar və yeniyetmələr Suriyada xaricilərin dəstəklədikləri savaşların nəticəsində bu ölkədən qaçmış mühacirlərin yarısını təşkil edirlər.
BMT-nin tabeliyində olan İnsan Haqları üzrə Baş Komissarlığın ofisi də bildirib ki, Suriyadakı cari böhranda təqribən yeddi min uşaq həlak olub. Halbuki daha iki milyon nəfər də didərgin düşübdür.
BMT-nin baş katibi- Ban Ki-moonun dediyinə görə, mart ayında Suriyada kobudluqların başlanmasından bəri yüz mindən yuxarı insan həlak olub və təqribən yeddi milyon səkkiz yüz min nəfər də didərgin düşübdür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu