İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan əvəzi deyib: İranın silahlı qüvvələri bu gün iqtidarın zirvəsindədir.
General Hüseyn Səlami Tehranda bəsicilərin böyük toplantısında İranın imperializm ilə mübarizədə bütün çətinlikləri arxada qoyduğunu deyərək, vurğulayıb: Bu gün İranın silahlı qüvvələri iqtidarın zirvəsindədir. Halbuki, düşmən süqut ərəfəsindədir.
General Hüseyn Səlami əlavə edib: Bu gün minlərlə raket düşmənin regiondakı istənilən mənafeyini məhv etməyə hazırdır.