İran islam Respublikasının prezidenti ünvanlı sosial yardımların ikinci etapının tez bir zamanda həyata keçirilməsini bildirib.
Həsən Ruhani 1393-cü günəş ilinin ordibeheşt ayından ölkədə dövlət ünvanlı sosial yardımların ikinci etapının həyata keçiriləcəyinə işarə edərək deyib : Bu mərhələdə dövlət tərəfindən az təminatlı ailələr üçün nəzərdə tutulan yardımların keyfiyyəti o cümlədən onların sağlamlıq və ərzaq məhsulları ilə təmin edilməsi gündəmdə yer tutur.
Bazar ertəsi günü İranın cənubunda Kiş adasında ölkənin azad ticarət bölgələrinin baş müdirləri qarşısında çıxış edən Ruhani dövlət ünvanlı sosial yardımları proqramının ikinci hissəsində istehsal , nəqliyyat və ətraf mühit sahələri ilə bağlı məsələlərə böyük önəm verilməsinin də diqqət mərkəzində olmasını qeyd edib .
İran prezidenti habelə qeyd edib : Dövlət ölkədə xalqın maraqları uğrunda addım atan hər bir qrup ya cinah ilə əməkdaşlıq edəcək və bu istiqamətdə partiya və fərdi maraqlarını milli maraqlara üstün tutan hər bir kəsin qarşısında möhkəm dayanacaq , çünki İranın yeni hökuməti cinahlardan kənar və əhatəli bir hökumətdir və belə bir dövlətin məsuliyyəti ağırdır . Ona görəki , cinahların hamısına cavabdeh olmalıdır.
