
Venesuela prezidenti Uqo Çavez xərçəng xəstəliyinə qarşı davam edən uzun mübarizənin sonunda 58 yaşında vəfat etdi.
Venesuelanın vitse-prezidenti Nikolas Madora son günlər ərzində ciddi tənəffüs problemi ilə üzləşən Çavesin vəfat etməsi xəbərini açıqlayıb.
Venesuela medialarının bildirdiklərinə görə, 58 yaşlı Çaves çərşənbə axşamı yerli vaxtla saat 16:25-də vəfat edib.
Uqo Çavesin vəfat etməsinin ardınca Venesuelanın ordu başçıları vitse-prezident Madoraya sədaqətlərini elan ediblər.
Venesuelada Uqo Çavesin ölümü ilə bağlı 7 günlük matəm elan edilib. Qeyd edək ki, Uqo Çavesin öldüyü gün N.Maduro ölkədən iki ABŞ diplomatının çıxarılmasına dair göstəriş verib. Səfirliyin hər iki əməkdaşı casusluqda ittiham olunaraq “persona non qrata” elan olunub.
