Amerikada həm respublikaçı həm də demokratlardan olan 35 sabiq siyasi və hərbi rəsmi bir bəyanatda bu ölkə hökumətindən istəyib ki, İran ilə birbaşa müzakirələrin aparılması üzrə səyləri gücləndirsin.
Bu bəyanatda deyilir: İndi Amerika Tehran ilə birbaşa müzakirələrin aparılması və bununla paralel şəkildə beynəlxalq bir koalisiyanın yaradılması yolu ilə İrana qarşı təzyiqlərin artırılması və bu ölkənin təcrid edilməsi istiqamətindəki səylərini maksimum həddə artırmalıdır.
Sabiq senator Riçard Loqan, CİA-nın keçmiş rəhbəri Maykl Hidn, ABŞ-ın İraq və Əfqanıstandakı sabiq səfiri Rayan Kraker və Ağ Evin sabiq milli təhlükəsizlik müşaviri Zebiqnyo Berjinski bu bəyanatı imzalayan şəxslərdəndirlər.
Bu bəyanatda deyilir: Tehran ilə birbaşa müzakirələr 5+1 Qrupu ilə İran arasındakı müzakirələrin əvəzedicisi olmamalıdır. Əksinə bu ikisi paralel şəkildə aparılmalıdır.
Bəyanatın davamında deyilir: Sanksiyalar müəyyən dərəcə uğurlu olub. Amma, İranın nüvə proqramını durdura bilməyib.
Bəyanatın sonunda deyilir: 30 illik sanksiyalardan sonra belə nəzərə gəlir ki, təzyiq siyasəti təklikdə İran rəhbərliyinin qərarını dəyişməyə kifayət etmirk.
