İranXƏBƏRLƏR

“uranı zənginləşdirmə prosesində dəyişklik yoxdur”

 İranın xarici işlər naziri bəyan edib : Sülhməramlı nüvə fəaliyyətlərində və ölkə ərazisində uranı zənginləşdirmə prosesində heç bir dəyişklik edilməyəcək.

Məhəmmədcavad Zərif çərşənbə axşamı günü (26 noyabr) Tehranda EKO-ya üzv ölkələrin nazirlər şurasının 21-ci iclası başa çatdıqdan sonra keçirdiyi mətbuat konfransında İran və 6-lıq qrupunun nüvə razılaşmasının maddələrini izah edib.

Zərif deyib: Bu razılaşmada qeyd olunub ki, İranın nüvə proqramı ilk mərhələsindən son mərhələsinə kimi o cümlədən uranı zənginləşdirmə prosesi ölkə daxilində davam edəcək.

Zərif əlavə olaraq deyib: Cenevrə razılaşmasının maddələrinə əsasən İranın bəzi proqramlarının müvəqqəti və məhdud şəkildə olduğu kimi və qarşı tərəfin addımları da müvəqqəti və məhduddur ki ən önəmli sanksiyaların əlavə edilməməsidir.

İran xarici işlər nazirinin sözlərinə görə bəzi qanunsuz maneələr o cümlədən neft satışı yolu ilə əldə olunan İranın valyuta gəlirlərinin ölkəyə daxil olmasını əngəlləmək həmçinin bank əməkdaşlıqları və fəaliyyətlərinin qarşısının alınması kimi maneələr aradan qaldırılacaq.

Nazir həmçinin İranla altılıq qrupu arasında imzalanmış razılaşmada yerləşdirilən maddələrə o cümlədən sanksiyaların aradan qaldırılması kimi mübahisələrə də işarə edərək xatırladıb: Bu razılaşma sənədində nüvə məsələsi ilə əlaqədar BMT təhlükəsizlik Şurasının tərəfindən qoyulan sanksiyalar eləcə də ikitərəfli və neçətərəfli embarqoların götürülməsi nəzərdə tutulub.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu